sen
2025
15:43
92

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

FHN-in "kapitan həbs edildi

3 sen, 2025
15:43
992

Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Turkdunyasi.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, təqsirləndirilən Rəşad adlı şəxs əvvəllər FHN-də çalışıb. O, nazirliyin Dövlət Suvarma və Xilasetmə Xidmətinin təsərrüfat sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyib.
Şəki Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə mühakimə olunan təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Rəşadın sözlərindən belə anlaşılır ki, onun dələduzluq əməliyyatında rolu yalnız aldadılmış vətəndaşlara zəng vuraraq vaxt qazanmaq olub. O özünü zərərçəkmişlərə "kapitan Əliyev" kimi təqdim edib.
Bununla belə, məhkəmə onu verilmiş ittihamla təqsirli bilib. Rəşad məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Bizimlə əlaqə saxlayın