4 
sen
2025
14:33

62

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Hacıqabulda narkotiklərin satışını təşkil edən şəxs saxlanılıb

4 sen, 2025
14:33
862
Hacıqabulda narkotiklərin satışını təşkil edən şəxs saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Şahin Rüstəmli saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Turkdunyasi.az-a verilən məlumata görə, ondan ümumi çəkisi 2 kiloqram 500 qram heroin və marixuana aşkarlanıb. Ş.Rüstəmli narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.