sen
2025
14:29
37

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Qazaxdan Bakıya gəldi itkin düşdü - Foto

6 sen, 2025
14:29
937

Qazax rayonunda 45 yaşlı kişi itkin düşüb.

Turkdunyasi.az Oxu.az-a istinadla xəbər verir ki, rayonun Aslanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü, Camal Mədət oğlu Məmmədov avqustun 2-də yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə gəlib və bir daha geri qayıtmayıb.
İtkin düşən şəxsin əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, boyu 176 sm, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 0229 5 14 97, 051 233 40 22, 050 258 57 57 şəhər və mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın