sen
2025
00:22
61

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Mingəçevirdə yeniyetmə bıçaqlandı

9 sen, 2025
00:22
961

Mingəçevirdə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Turkdunyasi.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Təbriz küçəsində baş verib.
16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasında səbəbi hələ ki, tam müəyyən edilməmiş mübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. Yaralı yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.

Bizimlə əlaqə saxlayın