10 
sen
2025
12:51

66

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

10 sen, 2025
12:51
966
Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Sentyabr ayının 9-da Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Turkdunyasi.az-a bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.
Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.