11 
sen
2025
10:13
37

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Azaraq Azərbaycan ərazisinə keçən iranlılar ölkələrinə təhvil verildilər

11 sen, 2025
10:13
1237

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sentyabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycan Respublikasına keçən İran vətəndaşları - 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıblar.
Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.

Bizimlə əlaqə saxlayın