14 
sen
2025
14:58
59

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ələt-Astara yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aş verib.

14 sen, 2025
14:58
1159

Ələt-Astara yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə BDYPİ-nin məlumatı

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Turkdunyasi.az-a BDYPİ məlumat verilib.

İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan “Volvo” markalı, 91AA791 İİR  nömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yol kənarında dayanmış “Cherry” markalı, 90 HD 133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Cherry” markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın