19 
sen
2025
00:38
44

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Uşağının yanında canlı yayımda qeyri-etik ifadələr işlədən ana ilə bağlı DİN-dən AÇIQLAMA

19 sen, 2025
00:38
844

Sosial şəbəkədə valideynin canlı yayım açaraq azyaşlı övladına qarşı zorakılıq tətbiq etdiyi, qeyri-etik ifadələr olan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli məlumat verib.
O bildirib ki, etdiyi hərəkətlərlə 7 yaşlı övladının həyat və sağlamlığı üçün real təhlükə yaradan 1999-cu il təvəllüdlü Zəminə Qurbanova Bərdə rayonunda müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb:
"Azyaşlı tibbi müayinədən keçirilməsi məqsədi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxs barəsində isə protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib. Azyaşlının valideynindən alınaraq sığınacağa yerləşdirilməsi və Z.Qurbanovanın valideynlik hüququndan məhrum olunması üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb".

Bizimlə əlaqə saxlayın