19 
sen
2025
14:57
95

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ağsuda narkotiklərin satışını təşkil edən şəxs tutulub

19 sen, 2025
14:57
1195

Ağsuda narkotiklərin satışını təşkil edən şəxs tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş 47 yaşlı Nazim İsmayılov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Turkdunyasi.az-a bildirilib ki, ondan marixuana aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin narkotiki satış məqsədilə üzərində daşıdığı müəyyən edilib. Məhkəmənin qərarı ilə N.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. 
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı daha 2 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın