20 
sen
2025
13:22
94

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Polisin saxladığı daha iki narkokuryerdən 6 kq marixuana aşkarlandı

20 sen, 2025
13:22
994

Polisin saxladığı daha iki narkokuryerdən 6 kq marixuana aşkarlandı

Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir keçirilib.

Bu barədə Turkdunyasi.az-a DİN-nin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Samir Quliyev və Soltan Abdullyev saxlanılıblar. Onlara məxsus nəqliyyat vasitəsindən 6 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər maddi gəlir etmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın