21 
sen
2025
14:29
49

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakının iki rayonunda oğurluq edənlər saxlanıldı

21 sen, 2025
14:29
949

Bakının Nizami və Suraxanı rayonlarında oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə Turkdunyasi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq olub. Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 1000 manatının talanmasını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Musayev müəyyən edilərək saxlanılıb.
Suraxanı rayonunda isə evlərin birindən 1000 manat talamaqda şübhəli bilinən paytaxt sakini 29 yaşlı M.Abdullayev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın