21 
sen
2025
15:44
44

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Biləsuvarda avtomobil maneəyə çırpılıb: Sürücü ölüb

21 sen, 2025
15:44
744

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turkdunyasi.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Mirzə Xıdır oğlu Mirzəyev minik avtomobilini idarə edərkən halı qəfildən pisləşib. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Hadisə yerində həyatını itirən sürücünün ürək tutmasından vəfat etdiyi bildirilir.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın