29 
sen
2025
10:02
94

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Motosiklet divara çırpıldı: Ölən var

29 sen, 2025
10:02
1194

Neftçalada motosiklet daş lövhəyə çırpılıb.

Turkdunyasi.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Ərziman Məmmədtağı oğlu Fərəcov sürücülük hüququ olmadan idarə etdiyi "Planet 5" markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə Neftçala-Salyan avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndindən keçən hissəsində idarəetməni itirərək yolun kənarında olan daş lövhəyə çırpılıb.
Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın