okt
2025
15:40
105

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlaxda Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

2 okt, 2025
15:40
8105

Yevlax rayon prokurorluğunun məlumatı

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Oktyabrın 1-də Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovun aldığı  xəsarətlər səbəbindən xəstəxənada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb. 

Turkdunyasi.az xəbər verir ki, bu barədə Yevlax rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin  rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Mahir Baxşalızadə  polis əməkdaşları tərəfindən  saxlanılaraq  istintaqa təhvil verilib  və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın