4 
okt
2025
12:57

6

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Paytaxtda oğurluq edənlər saxlanılıblar

4 okt, 2025
12:57
76
Paytaxtda oğurluq edənlər saxlanılıblar
Nəsimi rayonunda iki nəfər polisə müraciət edərək 808 manatlarının, eyni zamanda 2 ədəd mobil telefonlarının talanmasını bildiriblər.
Bu barədə Turkdunyasi.az-a DİN-nin mətbuat xidmətinin məlumatı verilib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı V.Rəsulov və əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 37 yaşlı F.Səfərov müəyyən edilərək saxlanılıblar.
Xətai rayonunda isə mağazaların birindən 250 manat və 500 manatlıq tütün məmulatını oğurlamaqda şübhəli bilinən əvvəllər eyni əmələ görə məhkum olunmuş 30 yaşlı V.Mirzəbabayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.