okt
2025
15:01
17

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gəncədə maşın 4 piyadanı vurdu, biri öldü

6 okt, 2025
15:01
717

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Turkdunyasi.az xəbər verir ki, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birini xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Qəza nəticəsində ölən şəxsin 1959-cü il təvəllüdlü Q.Səfərova olduğu bildirilir.
Xəsarət alanlar isə 1987-ci il təvəllüdlü İ.Məmmədova, 2008-ci il təvəllüdlü P.Məmmədova, 2024-cü il N.Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın