okt
2025
17:29
57

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

DİN BNMİ Astarada əməliyyat keçirdi 55 kq narkotik vasitə aşkarlandı

9 okt, 2025
17:29
857

DİN BNMİ Astarada əməliyyat keçirdi 55 kq narkotik vasitə aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitənin gətirilərək satılmasının qarşısı alınıb. 

Bu barədə Turkdunyasi.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Astara rayonunda baş tutan tədbir zamanı 1977-ci il təvəllüdlü əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunmuş Elçin Cavadov saxlanılıb. Ondan *55 kq* tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana,metamfetamin və tiryək aşkarlanıb. Araşdırma zamanı E.Cavadovun ölkəyə qaçaqmalçılıq yolu ilə narkotikləri keçirən əsas şəxslərdən biri olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Bizimlə əlaqə saxlayın