10 
okt
2025
14:15
62

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Lənkəranda yol polisi qayda pozan sürücünü saxladı: avtomobildən 1000 ədəd narkotik tərkibli həb aşkarlandı

10 okt, 2025
14:15
762

Lənkəranda yol polisi qayda pozan sürücünü saxladı: avtomobildən 1000 ədəd narkotik tərkibli həb aşkarlandı

Lənkəran şəhəri ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü əvvəllər məhkum olunmuş 48 yaşlı Ceyhun Ağayevin narkotiklərin təsiri altında olmasına dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Müayinə zamanı sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətinin Lənkəran Regional Qrupundan məlumat verib.

Nəqliyyat vasitəsinə baxış zamanı isə avtomobildən əlavə olaraq 1000 ədəd psixotrop tərkibli metadon həbi, narkotik vasitə tiryək və marixuana aşkarlanıb. Araşdırma zamanı C.Ağayevin əldə etdiyi narkotiklərin satışını təşkil etmək üçün Lənkəran şəhərinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, C.Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın