13 
okt
2025
11:55
53

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gömrükçünü öldürən 16 yaşlı oğlan saxlanıldı

13 okt, 2025
11:55
953

Xəbər verdiyimiz kimi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı bıçaqlanaraq öldürülüb.

Turkdunyasi.az Report-a istinadla xəbər verir ki, oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsi İ.Şükürov küçəsi ev 6-nın qarşısından orada yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, qəsəbə sakini 2009-cu il təvəllüdlü Rasif Rəfail oğlu Xəlilov tutulub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda istintaq aparılır.
***
Bakıda törədilən qətllə bağlı cinayət işi başlanılıb.
Bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın