13 
okt
2025
12:17
46

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Xocavənd rayonunda polis odlu silah-sursat satmaq istəyən şəxsi saxlayıb

13 okt, 2025
12:17
846

Xocavənd rayonunda polis odlu silah-sursat satmaq istəyən şəxsi saxlayıb

İşğaldan azad olunan ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizliyin təmin olunması məqsədi ilə qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətinin Regional Qrupundən məlumat verilib.

Polis əməkdaşları tərəfindən Xocavənd rayonunda keçirilən tədbirlərlə Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdən 2 “Kalaşnikov” avtomatı, 1 “İJ” markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb. 

Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.

Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın