14 
okt
2025
10:30
30

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ər arvadına bıçaqladı

14 okt, 2025
10:30
1130

Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıçaqlayıb.

Turkdunyasi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı Sara Hüseynovaya 10 bıçaq xəsarəti yetirib.
Ağır bədən xəsarətləri alan yaralı dərhal ətrafdakı insanların köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
Kürdəmir rayonunda həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Nizami Hüseynov saxlanılıb.
Bildirilib ki, Kürdəmirdə baş verən hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın