15 
okt
2025
13:38
45

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanılıb

15 okt, 2025
13:38
845

Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Turkdunyasi.az-a verilən məlumata görə, onlar mənzillərdən 13000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.
Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın