16 
okt
2025
15:16
37

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlaxda qəzaya düşən Ramal Musayev xəstəxanada öldü

16 okt, 2025
15:16
937

İki ay əvvəl Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 26 yaşlı kişi xəstəxanada ölüb.

Turkdunyasi..az xəbər verir ki, hadisə avqustun 27-də gecə saat 01 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində baş verib.

Yevlax sakini, 1995-ci il təvəllüdlü Kirman Orucov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - 1999-cu il təvəllüdlü Ramal Musayev və 2006-cı il təvəllüdlü Malik Zamanov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R.Musayev oktyabrın 15-i xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın