17 
okt
2025
00:12

89

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Tiktoker "Pərviz Vahab" həbs edildi.

17 okt, 2025
00:12
889
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.
Turkdunyasi.az xəbər verir ki, Qanunla.az-ın əldə etdiyi məlumata görə, TikTokda “Şəkili Pərviz” ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1. maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.
Xətai Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 30 sutkalıq inzibati həbs qərarı elan edilib.



