17 
okt
2025
00:30
75

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ağdaşda vəzifəli şəxslərin qanunsuzluğu vətəndaşı intihara sürüklədi?-Şok iddia:-Fotolar

17 okt, 2025
00:30
975

Ağdaşda intihara cəhd: Vətəndaş vəzifəli şəxslərin təhriki ilə üzərinə benzin töküb

Turkdunyasi.az "Simalregion".az-a istinadən xəbər verir ki, Ağdaş rayon sakini, 1989-cu il təvəllüdlü Qarayev Elşən İntiqam oğlu, rayonun məişət tullantılarının idarə olunma poliqonunda üzərinə benzin tökərək intihara cəhd edib. O, ağır yanıq xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumatlara görə, intihara cəhd etməyə onu bəzi vəzifəli şəxslər təhrik edib, hazırda hadisəni gizli saxlamağa çalışırlar.
Fakt ictimaiyyəti narahat edir. Ümid edirik ki, aidiyyəti qurumlar tezliklə günahkarları məsuliyyətə cəlb edəcəklər.

Bizimlə əlaqə saxlayın