19 
okt
2025
11:59
42

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Cəlilabadda iki avtomobil toqquşdu - Dörd nəfər xəsarət aldı

19 okt, 2025
11:59
742

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Turkdunyasi.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Fakt ilə bağlı araşdırma aparılır. (Report)

Bizimlə əlaqə saxlayın