20 
okt
2025
14:57
40

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşdü
20 okt, 2025
14:57
840
Xocavənd rayonunun Tağaverd kəndi ərazisində oktyabrın 20-də mina hadisəsi baş verib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Aərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.
Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinov xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.



