24 
okt
2025
23:25
89

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Neftçalada erkən nikahın qarşısı alındı - DİN

24 okt, 2025
23:25
1189

Oktyabrın 24-də Neftçala ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

Bu barədə Turkdunyasi.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.
Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.

Bizimlə əlaqə saxlayın