E-mail: [email protected]
Polislərin qarşısında Şüşə ilə qolunu kəsib özünü öldürdü - Dəhşətli hadisə
May ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarovun onu təhqir edərək döydüyünü bildirib və kömək istəyib.
DİN regional mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A. Cabbarovun mübahisəni davam etdirdiklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktik söhbətlər apararaq onu sakitləşdirməyə çalışıblar.
Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayıb, evin qapısındakı pəncərənin şüşəsini sındıraraq şüşə ilə sol qolunun dirsək bükümünü kəsib.
Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Arzu Cabbarov dərhal əməliyyat edilsə də, vəfat edib.
Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindədir, araşdırmalar davam etdirilir