25 
okt
2025
13:42
118

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Şirvanda dələduzluq edən şəxs saxlanılıb

25 okt, 2025
13:42
9118

Şirvanda dələduzluq edən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə beş nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Turkdunyasi.az-a verilən məlumata görə, adıçəkilən şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlara yüksək məvacibli yaxşı işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə vədlər verdiyi və ümumilikdə 15400 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, F.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın