29 
okt
2025
17:09
37

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb

29 okt, 2025
17:09
737

Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Turkdunyasi.az-a verilən məlumata görə, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti üzrə göndərilib. Kömür quyularının isə fəaliyyəti dayandırılıb.

Bizimlə əlaqə saxlayın