31 
okt
2025
13:28
50

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Əvvəllər insan alveri cinayətlərinə görə məhkum olunmuş şəxsi polis bu dəfə 27 kq narkotik vasitə ilə saxladı

31 okt, 2025
13:28
750

Əvvəllər insan alveri cinayətlərinə görə məhkum olunmuş şəxsi polis bu dəfə 27 kq narkotik vasitə ilə saxladı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, 

tədbir zamanı 36 yaşlı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidov saxlanılıb. Ondan *27 kq* tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.

Bizimlə əlaqə saxlayın