noy
2025
10:43
118

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

"TikTok"da saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb

1 noy, 2025
10:43
8118

"TikTok"da saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətinin məlumat verilib.

Belə ki, o “aksesuar auto” adlı “TikTok” səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın