2 
noy
2025
15:28

43

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Sumqayıt və Binəqədidə oğurluq edənlər saxlanılıblar

2 noy, 2025
15:28
943
Sumqayıt və Binəqədidə oğurluq edənlər saxlanılıblar
Sumqayıt şəhərində talama cinayəti qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 5650 manatlıq inşaat materillarının oğurlandığını bildiriblər..Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətinin məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunan 40 yaşlı M.Hüseynov müəyyən edilərək saxlanılıb.
Binəqədi rayonunda isə bir nəfərin 3900 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı R.Kərimov və əvvəllər məhkum olunmuş G.Kazımova da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar davam etdirilir.



