3 
noy
2025
11:06

51

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Göygöldə iki nəfərin həlak olduğu qəzadakı avtomobil duracaqda yandı

3 noy, 2025
11:06
951
Göygöldə iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən qəzadan sonra duracağa aparılan avtomobil orada yanıb.
Turkdunyasi.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.
Belə ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir arakəsməyə, daha sonra isə yolun kənarına aşan avtomobil Şəmkir rayonunda yerləşən duracağa gətirildikdən sonra yanıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.






