5 
noy
2025
16:23

196

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxladı

5 noy, 2025
16:23
9196
Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxladı
Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.
Bu barədə Turkdunyasi.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, əvvəllər məhkum olunmuşlar- 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayev və 26 yaşlı S.Elbruszadə saxlanılıblar.
Araşdırma aparılır.



