14 
noy
2025
15:39
58

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Şirvanda silah zavodunda partlayış olub ölən var

14 noy, 2025
15:39
958

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın