19 
noy
2025
10:31
52

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ələt-Astara yolunda yük maşını yandı

19 noy, 2025
10:31
852

Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumatyayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində MAN markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.

Bizimlə əlaqə saxlayın