20 
noy
2025
15:04
38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Polis nəqliyyat vasitəsi qaçırıb qəza törədən şəxsi saxladı

20 noy, 2025
15:04
1138

Polis nəqliyyat vasitəsi qaçırıb qəza törədən şəxsi saxladı

Noyabrın 17-də səhər saatlarında paytaxtın Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “BYD” markalı avtomobil qaçırılıb.

Turkdunyasi.az xəbər verir ki, həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb. Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın