20 
noy
2025
23:16
92

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Şəhid məzarlarından oğurluq edən şəxsləri saxladı

20 noy, 2025
23:16
692

Polis Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxsləri saxladı

Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən Turkdunyasi.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Kənan Əsədli və Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara,hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələrinə qaytarılıb. 
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın