22 
noy
2025
13:01
55

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Polis Nəsimi rayonunda pul, bank kartı və avtomobildən akkumulyator oğurlayanları saxladı

22 noy, 2025
13:01
755

Polis Nəsimi rayonunda pul, bank kartı və avtomobildən akkumulyator oğurlayanları saxladı

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib. Naməlum şəxslər günorta saatlarında şəhər sakininin mağazalardan birində alış-veriş edən zaman çantasından içərisində 600 manat olan pul kisəsini, digər zərərçəkmişin isə restoranların birində masanın üzərinə qoyduğu əl çantasından 600 manat nağd pul, bank kartları və şəxsi əşyalarını oğurlayıblar. Bu barədə polis orqanına müraciətlər daxil olub.

Turkdunyasi.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən A.Yaqubova və N.Məmmədova saxlanılıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən E.Həsənov da müəyyən olunaraq saxlanılıb.

Hər üç fakt üzrə araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın