23 
noy
2025
10:54

45

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Bıçaqlanan 11-ci sinif şagirdi xəstəxanada öldü

23 noy, 2025
10:54
745
Ötən gün Mingəçevirdə 11-ci sinif şagirdi bıçaqlanıb.
Turkdunyasi.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nizami küçəsində baş verib.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 2008-ci il təvəllüdlü Elman Sarıyev burada dünyasını dəyişib.
Əldə olunan məlumata görə, yaralı gənc 17 saylı şəhər orta məktəbinin 11-ci sinif şagirdidir.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.



