23 
noy
2025
11:00
112

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Goranboyda yaşayış binasında uçqun nəticəsində dörd nəfər xəsarət alıb

23 noy, 2025
11:00
8112

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.

Turkdunyasi.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın