23 
noy
2025
19:26
92

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Baş Prokurorluq üç nəfərin öldüyü yanğınla bağlı MƏLUMAT YAYDI

23 noy, 2025
19:26
892

Baş Prokurorluq Yasamalda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb.

Turkdunyasi.az xəbər verir ki, məlumatda deyilir:
"Media nümayəndələri və ictimaiyyətə müraciət edərək bildiririk ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlığa səbəb olur, eləcə də istintaqın obyektivliyinə zərər vurur".
Bildirilib ki, bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən təqdim olunacaq:
"Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər.
İctimaiyyəti bir daha əmin edirik ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır, nəticələr barədə əlavə məlumat veriləcək".

Bizimlə əlaqə saxlayın