24 
noy
2025
12:49
43

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Paytaxtda 13300 manatlıq oğurluq edənlər polis tərəfindən saxlanıldı

24 noy, 2025
12:49
843

Paytaxtda 13300 manatlıq oğurluq edənlər polis tərəfindən saxlanıldı

Binəqədi rayonunda talama cinayəti baş verib. Rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov müəyyən olunaraq saxlanılıb. Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.

Nəsimi və Nərimanov rayonlarında yerləşən mağazalardan isə ümumi dəyəri *4300* manat olan iki ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən 5 nəfər- C.İsmayılov, A.Şanayev, T.Abdıyev, P.Fərziyev və R.Qurbanəliyev də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılıblar. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın