24 
noy
2025
13:11

144

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Avtomobil alqı-satqısı adı altında dələduzluq edən şəxs saxlanıldı

24 noy, 2025
13:11
7144
Avtomobil alqı-satqısı adı altında dələduzluq edən şəxs saxlanıldı
Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər.
Turkdunyasi.az xəbər verir ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı E.Qulamov saxlanılıb.
Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.



