25 
noy
2025
10:07
44

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakıda yaşayış evində yanğın: xəsarət alanlar var

25 noy, 2025
10:07
844

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Turkdunyasi.az xəbər verir ki, bu barədə  FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 320kv.m. sahədə yanıb. 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Bizimlə əlaqə saxlayın