25 
noy
2025
21:26
116

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürdü

25 noy, 2025
21:26
8116

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.

Turkdunyasi.az APA-ya istiandən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.
Meyitin tapılması istiqamətində tədbirlər görülür.
Araşdırma aparılır.
***
Bakının Türkan qəsəbəsində ananın üç günlük körpəsini dənizə ataraq öldürməsinin təfərrüatı məlum olub.
Teleqraf-ın məlumatına görə, 41 yaşlı Pərvanə Telman qızı Eyvazova hadisədən üç gün öncə oğlan uşağını Bakıda 3 saylı Doğum Evində dünyaya gətirib.
Məlumata görə, Pərvanə həyat yoldaşından boşansa da, Binə qəsəbəsində eyni evdə yaşayırlar. Onların qızları ali məktəbdə oxuyur.
Pərvanənin keçmiş həyat yoldaşının dənizdə işlədiyi bildirilir. Türkanda yaşayan atasının isə yataq xəstəsi olduğu deyilir.
Onun hansı səbəbdən bu addımı atması isə istintaq zamanı bəlli olacaq.
Qeyd edək ki, faktla bağlı P.Eyvazova saxlanılıb, rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın