26 
noy
2025
13:16
51

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Binəqədidə marketdə bıçaqla quldurluq edən şəxslər saxlanılıb

26 noy, 2025
13:16
851

Binəqədidə marketdə bıçaqla quldurluq edən şəxslər saxlanılıb

Paytaxtın Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.

Turkdunyasi.az xəbər verir ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı araşdırmalar davam edir.

Bizimlə əlaqə saxlayın