27 
noy
2025
10:14
93

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakıda evdən 1000 manatlıq təmir-tikinti alətləri oğurlayan şəxsi polis saxladı

27 noy, 2025
10:14
893

Bakıda evdən 1000 manatlıq təmir-tikinti alətləri oğurlayan şəxsi polis saxladı
 
Sabunçu rayonunda talama faktı qeydə alınıb. Gecə saatlarında naməlum şəxs paytaxt sakininin evinə daxil olaraq içərisindən 1000 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb. Bu barədə ev sahibi polisə məlumat verib.
 
Turkdunyasi.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş 40 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıb.
 
Nizami rayonunda keçirilən tədbirlər zamanı isə təmir sexlərinin birində avtomobildən 400 manat dəyərində ehtiyat hissələri, eləcə də iki vətəndaşa məxsus mobil telefon və 500 manat oğurlamaqda şübhəli bilinən A.Tağıyev və F.Səfərov da saxlanılıblar.
 
Faktlar üzrə araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın